Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Müsabiqə qalibləri mükafatlandırıldı

 

Yanvarın 26-da Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin şagirdləri arasında dahi rus şairi Mixail Lermontovun 200 illik yubileyi münasibətilə təşkil olunmuş müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında keçirilən müsabiqədə məktəblilər bədii qiraət, teatrlaşdırılmış səhnəciklər və rəsm nominasiyaları üzrə iştirak ediblər. Tədbirdə hər nominasiya üzrə I, II və III yerin sahiblərinə Təhsil Nazirliyinin diplomu təqdim olunub.

Qalibləri Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov təbrik edərək müsabiqənin məqsədinin XIX əsrdə yaşamış dahi rus şairi və dramaturqu Mixail Lermontovun zəngin həyat və fəaliyyətini gənc nəslə daha yaxından tanıtmaq, onun irsinə maraq oyatmaqdan ibarət olduğunu bildirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov