Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Lənkəran Dövlət Universitetində "dəyirmi masa"

 

Lənkəran Dövlət Universitetində tələbə-gənclər arasında idmanın inkişafına və zərərli vərdişlərlə mübarizəyə həsr edilmiş  "dəyirmi masa" keçirilib.

Tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, tələbə-gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması yollarından, bu istiqamətdə universitetdə görülən işlərdən danışıb.

Müzakirələrdə çıxış edənlər qeyd ediblər ki, gəncləri zərərli vərdişlərdən təkcə maarifləndirmə yolu ilə deyil, həm də əhalinin birgə səyləri ilə çəkindirmək mümkündür. Gənclərin istirahətinin və asudə vaxtlarının səmərəli təşkilinə, idmanın kütləviliyinə diqqət daha da artırılmalıdır. Diqqətə çatdırılıb ki,  respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da idmanın inkişafına lazımi qayğı göstərilir.  Vurğulanıb ki, gənclərin sağlam həyat tərzi vərdişlərinə yiyələnməsi üçün ictimaiyyət öz qüvvəsini birləşdirməli, zərərli vərdişlərə qarşı birgə mübarizə aparılmalıdır.

"Dəyirmi masa"da rayonda İdman Şurasının yaradılması haqqında təklif irəli sürülüb, şuranı ali, orta ixtisas, idman, ümumtəhsil məktəblərinin nümayəndələrindən ibarət təşkil etmək qərara alınıb.  

Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov