Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Ağstafada Əliağa Şıxlinskinin 150 illik yubileyi qeyd edilib

 

General-leytenantın keçdiyi yol gənc nəsil üçün örnəkdir 

Böyütmək üçün seçinAğstafa  Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əli Əliyevdən  aldığımız məktubda bildirilir ki,   Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə məşhur Azərbaycan sərkərdəsi, artilleriya general-leytenantı Əliağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyi  qeyd edilib.  Rayon təhsil şöbəsi nümayəndələrinin,  şagird və valideynlərin iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin direktoru Vəfa Tağıyeva açaraq Azərbaycan xalqının iftixarı olan Əliağa Şıxlinski haqqında məlumat verib.

Bildirilib ki, Ə.Şıxlinskinin aldığı hərbi təhsil, tərbiyə, orduda xidməti, şanlı döyüş fəaliyyəti və keçdiyi yol gənc nəsil üçün örnəkdir.

Təhsil şöbəsinin aparıcı məsləhətçisi  Ə.Əliyev  görkəmli şəxsiyyətin topçuluqda,  xüsusilə  rus-yapon və dünya müharibələrində keçdiyi şanlı xidmət yolu,  həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə  hərbi nazirin müavini kimi milli ordunun yaradılması və formalaşdırılmasında səmərəli fəaliyyəti haqqında danışıb.

Məktəbin tarix müəllimi Afaq Rəhimovanın hazırladığı tədbirdə  Gülşən, Aytac, Fatimə, Zaur və digər şagirdlər Azərbaycanın hərb sənəti barəsində və general-leytenant Əliağa Şıxlinskinin  hərbi xidmətlərindən danışıblar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərb tariximizə dair fikirlərini  və Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğuna dair fraqmentləri əks etdirən geniş videoçarx tədbir iştirakçılarına  nümayiş etdirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov