Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

"Şagird  özünüidarəetmə orqanı" fəaliyyət göstərir

 

Böyütmək üçün seçinBiləsuvar rayonunun   Aşağı Cürəli kəndində  yeni   məktəb binası   istifadəyə verilib.  Aşağı Cürəli kənd  tam orta məktəbinin  direktoru Ələsgər Şahbazovun redaksiyamıza  göndərdiyi  məktubda  bildirilir ki, 450 şagird  yerlik  bu məktəbdə 23 sinif otağı, 2 informatika otağı, kimya və fizika laboratoriyaları, geniş idman zalı,  kitabxana, hərbi otaq   fəaliyyət göstərir. Hazırda 23 sinif komplektində 440 şagirdin təlim- tərbiyəsi ilə  45 müəllim məşğul olur .  

Məktəbdə ötən tədris ilindən fərqli olaraq  bu il sinifdənxaric işlərə geniş  yer  verilir. Dərslə sinifdənxaric işlər qarşılıqlı əlaqədə olmaqla biri digərini tamamlayır.  Bu, vəhdət halında elmlərin əsaslarının şagirdlər tərəfindən dərindən mənimsənilməsinə, onların əqli, fiziki, estetik, vətənpərvərlik tərbiyəsinin inkişafına xidmət edir.  Keçirilən  maraqlı tədbirlər şagirdlərin biliyə marağını artırır, onların bilik, bacarıq və vərdişlərini genişləndirir. 

Yeni tikilmiş təhsil ocağında  "Şagird  özünü idarəetmə orqanı" fəaliyyət göstərir. Belə bir təşkilatın yaradılması  da şagirdlərin tərbiyəsində  mühüm rol oynayır. Nəticədə şagirdlərdə vətənə sevgi, milli dəyərlərimizə isə hörmət aşılanır. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov