Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Azərbaycan Dövlət Aqrar Universitetində əməkdaşlıq protokolu imzalanıb

 

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)  xarici ölkələrin tanınmış ali təhsil müəssisələri ilə əlaqələrini  genişləndirir. Universitetdə    Böyük Britaniyanın Aberstvis Universitetinin nümayəndə heyətilə keçirilən görüşdə əməkdaşlıq  məsələləri müzakirə edilib. Görüşdə  ADAU-nun rektoru,  professor İbrahim Cəfərov Azərbaycanın  qədim və aqrar sahə üçün ali təhsilli kadrlar hazırlayan yeganə universiteti və onun potensial imkanları barədə   qonaqlara ətraflı məlumat verib.

Aberstvis Universitetinin elmi işlər üzrə prorektoru Kris Tomas Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə elmi tədqiqatların aparılmasına, eləcə də kadr mübadiləsinə maraq göstərdiklərini bildirib.

Qarşılıqlı fikir mübadiləsindən sonra  iki universitet arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Sonra britaniyalı qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpusları ilə yaxından tanış olublar.

Daha sonra  ali məktəbdə gənc müəllimlərlə görüş keçirilib.  Görüşdə 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilməsi diqqətə çatdırılıb və aqrar mütəxəssis hazırlığında gənc müəllimlərin rolu, onların elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması,  sosial vəziyyətləri müzakirə edilib.

Vurğulanıb ki, universitetdə gənc müəllimlərin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması məqsədilə müntəzəm olaraq onların əməkhaqqına əlavələr edilir.

Tədbirdə iştirak edən gənc müəllimlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını  və "Kənd təsərrüfatı ili"ndə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov