Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Yeniyetmələr arasında respublika birinciliyi

 

Azərbaycan Taekvondo Federasiyası (ATF) 2001-2003-cü il təvəllüdlü yeniyetmələr arasında respublika birinciliyi keçirəcək. Azərbaycan Taekvondo Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi turnirin fevralın 21-22-də Göyçay Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulur. Yarışlara Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalar, on çəki dərəcəsində taekvondoçu oğlan və qızlar qatılacaqlar. İki gün davan edəcək turnirdə idmançılar şəxsi və komanda birinciliyində qüvvələrini sınayacaqlar. Fəxri yerləri tutan idmançılar və komandalar ATF tərəfindən diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Birincilik Azərbaycanda taekvondo idman növünün təbliği və inkişaf etdirilməsi, yarış təcrübəsinin və ustalığın artırılması, yeniyetmələr arasında yığma komandaların heyətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Yarış "Daeodo" international taekvondo sistemi ilə keçiriləcək və "video təkrar" sistemi tətbiq olunacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov