Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Yeniyetmələrin cüdo üzrə açıq birinciliyi

 

Böyütmək üçün seçinYanvarın 25-də Müşfiq qəsəbəsi İdman Sağlamlıq Mərkəzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi 14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirmələrinin iştirak etdiyi oğlanlar və qızlar arasında cüdo üzrə açıq birinciliyi keçirilib.

100-ə yaxın idmançının qatıldığı birinciliyin açılış mərasimində idman məktəbinin direktoru  Vüqar Hüseynov bildirib ki, yarışı keçirməkdə məqsəd yeniyetmələr arasında bu idman növünə marağın yüksəldilməsi və onların yarış təcrübəsinin artırılmasıdır.  Mərasimdə  Təhsil Nazirliyinin yeniyetmələrin məktəbdənkənar fəaliyyətinin səmərəli təşkilinə böyük diqqət ayırdığı vurğulanıb.

İdmançıların valideynlərinin də həvəslə izlədiyi yarış gərgin mübarizə şəraitində keçib.  Yarışın nəticələrinə əsasən I,  II,  III yerləri tutan idmançılara kubok, medal və diplomlar təqdim edilib.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov