Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

İstedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib

 

2 fevral - Gənclər Günü münasibəti ilə "Buta Palace"da istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, həmçinin gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər və digər qonaqlar iştirak ediblər.

Mərasimdə "2015-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Elnur Həsənova, Seymur Hüseynova, Zafiq Xəlilova, Xədicə Novruzovaya, Fərid Sadıxlıya və Ceyla Seyidovaya Prezident mükafatı təqdim olunub.

Böyütmək üçün seçin Böyütmək üçün seçin
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov