Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Gəncə Dövlət Universitetində tələbələrlə görüş

 

Böyütmək üçün seçin Yanvarın 30-da Gəncə Dövlət Universitetində  Gənclər Günü münasibəti ilə rektor, professor Yusif Yusibovla tələbələrin görüşü keçirilib. Professor Y.Yusibov tələbələri salamlayaraq, 2 fevral Gənclər Günü  münasibəti ilə onları təbrik edib. Tələbələrə  təhsillərində uğurlar arzulayan rektor həmişə onlara dəstək olacağını bildirib.

Rektor çıxışında ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1996-cı ildən etibarən keçirilən  Gənclər Gününü ölkə gənclərinə göstərilən diqqət və qayğı kimi qiymətləndirib, hazırda Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

Bildirilib ki, Gəncə Dövlət Universitetində təhsil alan gənclər də dövlət tərəfindən onlara yaradılmış imkanlardan lazımınca bəhrələnirlər. Rəhbərlik tələbələrin təhsilinə, asudə vaxtlarını səmərəli keçirmələrinə həmişə qayğı göstərir, onların hər bir təşəbbüsünə diqqətlə yanaşır və həyata keçirilməsinə yardımçı olur.

Tələbələr universitet Tələbə Gənclər Təşkilatına yaradılan geniş imkanlara görə, onların asudə vaxtlarını səmərəli keçirmələrinə ciddi fikir verdiyi üçün rektor Yusif Yusibova minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda rektor Y.Yusibov Gənclər Günü münasibəti ilə universitetin həyatında fəallıq göstərib fərqlənən bir qrup tələbəni fəxri fərmanla təltif edib. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov