Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

"Çin kinematoqrafı: keçmişdən bu günümüzə" adlı tədbir keçirilib

 

Böyütmək üçün seçinFevralın 3-də Azərbaycan Dillər Universitetində universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Çin kinematoqrafı: keçmişdən bu günümüzə" adlı tədbir keçirilib.

Tədbiri Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov açaraq Azərbaycanla Çin arasındakı mədəni əlaqələrin uğurlu inkişafı, Çində təşkil edilən beynəlxalq film festivallarında müxtəlif mükafatlara layiq görülmüş Azərbaycan rejissorları haqqında danışıb. O, iki ölkə arasında film istehsalında əməkdaşlığın inkişafı üçün 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı "Kino, radio və televiziya sahəsində əməkdaşlıq haqqında protokol" imzalandığını xüsusi vurğulayıb. 

ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri və müəllimlər milli tarixi, o cümlədən mental xüsusiyyətləri özündə əks etdirən Çin kino sənətinin mədəni fenomeni, Çin kinematoqrafiyasının müxtəlif mərhələlərdə inkişafı, məşhur Çin rejissorlarının işləri, müasir Çin kinolarında qəhrəmanların bədii təsviri haqqında danışıblar.

Sonda yeni Çin bədii filmlərindən fraqmentlər nümayiş etdirilib.

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış Çin və Azərbaycan dillərində çap olunmuş Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi töhfələrdən bəhs edən "İlham Əliyev - iki qədim xalqların dostluğunun müasir davamçısı" adlı kitab qonaqlara hədiyyə edilib.

Qeyd edək ki, Pekin operasının süjet xətti əsasında çəkilmiş ilk Çin filminin buraxılışının 110 illiyinə həsr olunan tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı cənab Qu Min, ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev iştirak ediblər. 

ADU-nun İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov