Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Sərbəst güləş üzrə Respublika birinciliyi

 

Böyütmək üçün seçin18-20 yaşlı gənclər arasında keçirilən sərbəst güləş üzrə "Təhsil" Respublika İdman Mərkəzinin (RİM) Respublika birinciliyi başa çatıb.

13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində təşkil olunan yarışda Təhsil Nazirliyinin tabeliyində olan 21 idman məktəbinin 130 yetirməsi iştirak edib. 9 çəki dərəcəsi üzrə keçirilən yarışları Azərbaycan Güləş Federasiyasının təyin etdiyi beynəlxalq dərəcəli hakimlər heyəti  idarə edib.

Yarışın məqsədi sərbəst güləş idman növü üzrə "Təhsil" RİM-in yığma komandasını müəyyənləşdirməkdən ibarətdir.

Birincilikdə komanda hesabında I yeri Abşeron Uşaq-Gənclər İdman Məktəbinin, II yeri 6 nömrəli Uşaq-Gənclər Güləş Məktəbinin, III yeri "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialının komandaları tutub.

Yarışda yüksək nəticə göstərən idmançılar arasından "Təhsil" RİM-in yığma komandasına üzvlər seçilib.  Güləşçilərdən ibarət yığma komanda fevral ayında həmin yaş qrupu üzrə Azərbaycan birinciliyində "Təhsil" RİM-i təmsil edəcək.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov