Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Rəsmi xronika

 

* Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

* Dövlət başçısı İlham Əliyev fevralın 11-də Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb

* Fevralın 11-də Prezident İlham Əliyev "Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

 * Dövlət başçısı İlham Əliyev fevralın 11-də Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında  fərman imzalayıb

* Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun nümayəndə heyətini qəbul edib.

 * Prezident  İlham Əliyev fevralın 11-də Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri, Prezidentin xüsusi elçisi Yosef  Yusfini qəbul edib

* Fevralın 10-da ölkə başçısı  İlham Əliyev "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da   Bakının Azadlıq meydanında Daxili İşlər Nazirliyinin müxtəlif qurumları, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan və müasir avadanlıqla təchiz edilən avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib.  

* Fevralın 9-da Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

* Ölkə başçısı İlham Əliyev fevralın 9-da "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin yeni inşa etdiyi 110 kilovoltluq "Ağ şəhər-1", "Həzi Aslanov", "Kürdəxanı" elektrik yarımstansiyalarının və 35 kilovoltluq 7 yarımstansiyanın açılışında iştirak edib.  

* Dövlət başçısı İlham Əliyev fevralın 9-da Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Krameri qəbul edib

* Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının "Hilal-e Pakistan" ordeni ilə təltif olunub.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov