Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Ali məktəblərə tələbə qəbulunun nəticələri müzakirə olunub

 

Fevralın 11-də  "Kempinski Hotel-Badamdar" mehmanxanasında "Abituriyent" jurnalının 12-ci sayının təqdimat mərasimi keçirilib. Mərasimdə  Təhsil Nazirliyinin, TQDK-nın, müxtəlif dövlət orqanlarının rəsmiləri, ali məktəblərin rektorları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, təhsil ekspertləri və KİV  nümayəndələri iştirak ediblər.

Tədbiri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev giriş sözü ilə açaraq   ali məktəblərə 2014-2015-ci tədris ili üçün aparılmış tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinin əhəmiyyəti, "Abituriyent" jurnalının 12-ci sayında dərc olunmuş materiallar barədə ümumi məlumat verib.

Sonra söz TQDK-nın sədri Məleykə Abbaszadəyə verilib. Komissiya sədri təhsilin həm ümumilikdə ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, eləcə də abituriyentlərin ayrı-ayrı fənlər üzrə nəticələri, onların müxtəlif ixtisas qruplarına meyil və maraqları, ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri, yüksək və zəif göstəriciləri olan rayon və məktəblər, ali məktəblərin reytinqi, orta ixtisas, magistratura və rezidentura səviyyələrinə qəbulun nəticələri, həmçinin ümumtəhsil müəssisələri şagirdlərinin buraxılış imtahanları üzrə nəticələri haqqında geniş məruzə ilə çıxış edib.

Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov  çıxış edərək ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmus "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət  Strategiyası"nda qoyulan əsas hədəflərdən, bununla bağlı reallaşdırılan tədbirlərdən, görülən işlərdən  danışıb. Sonra nazir müavini TQDK-nın hesabatında qeyd olunan faktların Təhsil Nazirliyi tərəfindən araşdırılıb müzakirə ediləcəyini bildirib.

Tədbirin sonunda ali məktəblərin rektorlarının rəy və təklifləri dinlənilib. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov