Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Kolumbiya Universitetində təhsil alacaqlar

 

Böyütmək üçün seçinAzərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Kolumbiya Universiteti(Columbia University) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.  Müqaviləyə əsasən, ADİU tələbələri Kolumbiya Universitetində bir semestr ərzində təhsil almaq, həmçinin 6 həftəlik yay məktəblərində iştirak etmək imkanı əldə edəcəklər. ADİU tələbələrindən hər semestr maksimum 25 tələbə bu imkandan yararlana bilər. Kolumbiya Universitetində təhsil alacaq tələbələrin yüksək təhsil göstəriciləri 71 baldan yuxarı, ingilis dili biliyi isə  yüksək səviyyədə olmalıdır.

Kolumbiya Universitetinin məsləhətçiləri tələbələrə fənn seçimində yardım edəcəklər. Tələbələr semestr fənlərindən 4, yay məktəbində isə hər fənnə görə 2 kredit qazanacaqlar. Kreditlər ADİU tərəfindən tanınacaq və tələbələrin qiymət cədvəlində göstəriləcək.

Müqaviləyə əsasən, ADİU tələbələrinə təhsil haqqında xüsusi güzəşt tətbiq olunacaq. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov