Azərbaycanın trek velosipedi üzrə yığma komandasının
üzvləri Portuqaliyada təşkil olunan yarışda 2 qızıl və 1
bürünc medal əldə ediblər. Beynəlxalq Velosipedçilər
İttifaqının 2-ci kateqoriyalı "Trofeu CAR Anadia"
turnirində 10 ölkənin 100-dən artıq idmançısı mübarizə
aparıb. Qızıl medallar yığma komandamızın lideri Olqa
İsmayılovanın aktivindədir. Həm 200, həm də 500 metr
məsafəyə mübarizədə bütün rəqiblərindən üstün olan
velosipedçimiz hər iki növdə fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb. Turnir yığmamızın gənc üzvü Nicat
Niftəliyev üçün xüsusilə əlamətdar olub - Bakıdakı 8
nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olan
velosipedçimiz 200 metr məsafəyə sprint yarışında bürünc
medal əldə edib. |