Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

"Sabahın alimləri" IV Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Böyütmək üçün seçinFevralın 14-də Heydər Əliyev Mərkəzində "Sabahın alimləri" IV Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət Mehdiyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, İntel korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva iştirak ediblər. Tədbirə, həmçinin dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları, təhsil ekspertləri və təhsil müəssisələrinin rəhbərləri qatılıblar.

Tədbirdə məlumat verilib ki, "Sabahın alimləri" IV Respublika müsabiqəsinin keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir. Bu müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə  keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Builki müsabiqədə 195 şagird 96 elmi layihə ilə iştirak edib. Onlardan 27-i fərdi, 69-u kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib.

Müsabiqə üç gün ərzində keçirilib. Sonuncu gün "Açıq qapı" saatları təşkil olunub, şagird və müəllimlərə, həmçinin media nümayəndələrinə layihələrlə tanış olmaq imkanı yaradılıb.

Müsabiqəyə təqdim olunan layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib. Qiymətləndirmə nəticəsində ilk 3 yerə layiq görülən 47 layihə müəyyənləşdirilib.

Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov