Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

BPKİYİ-də "Psixologiya üzrə Resurs Mərkəzi" yaradılıb

 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas hədəflərindən biri də səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sisteminin formalaşdırılmasıdır. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın  həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın icrası barədə Təhsil Nazirliyinin müvafiq əmrinin yerinə yetirilməsi istiqamətində  Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda da bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılıb. Bu layihələrdən biri də təhsil müəssisələrində psixoloji xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə institutumuzda "Psixologiya üzrə Resurs Mərkəzi"nin yaradılmasıdır.

Mərkəzin açılışı münasibətilə fevralın 19-da BPKİYİ-də keçirilən tədbiri rektor, professor Asəf Zamanov giriş sözü ilə açaraq bildirib ki, təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər müasir təhsil sistemində formal təhsillə yanaşı informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) və qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) təhsil formalarını da nəzərdə tutur. Bildirilib ki, institutda psixologiya kafedrasının fəaliyyətə başlaması, artıq 78-ci sayı işıq üzü görmüş "Psixoloq" qəzetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2011-ci ildən "Azərbaycan  Respublikasında dissertasiyaların əsas  nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı"na daxil edilən "Tarix, insan və cəmiyyət" elmi-nəzəri və elmi-metodik jurnalının təsis edilməsi "Psixologiya üzrə Resurs Mərkəzi"nin yaradılmasını zərurətə çevirmişdir.

Resurs Mərkəzi müxtəlif maarifləndirici tədbirlər, seminarlar, konfranslar, "dəyirmi masa"lar təşkil etmək, sosial-psixoloji xidmət işini təkmilləşdirmək, bu sahədə mövcud problemlərin həlli üçün müxtəlif layihələr hazırlayıb təqdim etməyi nəzərdə tutur. Rektor Təhsil Nazirliyinin dəstəyi ilə "Psixologiya üzrə Resurs Mərkəzi"nin yaradılmasını yüksək qiymətləndirib. İnstitutun professor-müəllim heyətini, həmçinin tələbələri təbrik edib, mərkəzin uğurla fəaliyyət göstərəcəyinə inandığını bildirib.

Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, BPKİYİ-nin kafedra müdirləri filologiya elmləri doktoru Aydın Paşayev, pedaqogika üzrə fəlsəfə doktoru Hökumə Əliyeva  və digər mütəxəssislər mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini xüsusi vurğulayaraq, institut rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov