Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Avropa çempionu, olimpiadalar qalibi

 

Aydan Hikmət qızı Höccətova 1999-cu il  aprelin 6-da anadan olub. Hazırda Bakı Avropa Liseyinin 10-cu sinfində təhsil alır.

Aydan kiçik yaşlarından şahmatla oynamağa başlamışdır. İlk beynəlxalq yarışına 5 yaşında ikən Moskvada qatılmışdır və dünya çempionu Anatoliy Karpov tərəfindən diplomla mükafatlandırılmışdır.

2005-ci ildə, 6 yaşında Serbiyada keçirilən 10 yaşlı qızlar arasında Avropa çempionatında iştirak etmişdir. 2006-cı ildə ümummilli lider  Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kubokunda 10 yaşlı qızlar arasında 1-ci yeri tutmuşdur.

2007-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilən 8 yaşlıların ilk Avropa çempionatında 1-ci yeri qazanmışdır. Həmin ildə Türkiyənin Antalya şəhərində keçirilən 8 yaşlıların dünya çempionatında 2-3-cü yerləri bolüşdürmüşdür. Aydan Höccətova Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə birgə 2007-ci ilin dekabrında təşkil etdiyi mərasimdə "İlin şahmatçısı" seçilmiş, gənclər və idman naziri Azad Rəhimov tərəfindən medal və diplomla təltif olunmuşdur. 2009-cu ildə İtaliyanın Fermo şəhərində keçirilən 10 yaşlı qızların Avropa çempionatında 2-ci yeri tutmuş, həmin ildə isə yenidən  Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında, 2014-cü ilin oktyabr ayında Gürcüstanın Batumi şəhərində keçirilən 16 yaşlı qızların Avropa çempionatında 2-3-cü yerləri bolüşdürmüşdür. 2013-cü ilin noyabr ayında Türkiyənin Əskişəhərində keçirilən türkdilli xalqların olimpiadasında 2-ci yeri tutmuşdur. Aydan Bakı və Azərbaycan çempionatlarının, həmçinin olimpiadaların qalibidir. Hazırda Aydan 2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov