Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

MDU-nun Bakı filialında Böyük  Britaniya parlamentinin üzvü Mayk Germanla görüş olub

 

Böyütmək üçün seçinBöyük Britaniya parlamenti lordlar palatasının üzvü  lord Mayk German M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin  Bakı filialında olub.  Britaniyalı qonaq MDU-nun  Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor  Nərgiz Paşayeva    və ali məktəbin ingilis filologiyası   fakültəsinin  tələbələri ilə görüşüb.  Qonağı salamlayan professor  N.Paşayeva  lord  Germanın MDU-nun Bakı  filialında ilk dəfə olduğunu bildirərək bu səfərin hər iki tərəf üçün səmərəli əməkdaşlığın və maraqlı işlərin başlanğıcı olacağına əminliyini ifadə edib.  Onun sözlərinə görə, lord Germanın həmsədri olduğu İngiltərə-Azərbaycan Cəmiyyəti  MDU-nun Bakı  filialının tələbələri üçün ingilis ədəbiyyatına həsr olunmuş ingilis dilində esse yazı müsabiqəsi elan edib.  Müsabiqənin qalibi üçün  böyük ingilis ədibi Vilyam Şekspirin vətəni Böyük Britaniyaya bir həftəlik səfər təşkil ediləcək, II və III yerləri tutan tələbələrə isə həvəsləndirici mükafatlar təqdim olunacaq. Rektor qeyd edib ki, esse yazarkən tələbələr ingilis dilinə xüsusi  diqqət ayırmalıdırlar. "Siz esseni məhz İngiltərənin tələbə və şagirdlərinin  yazdığı  ingiliscədə yazmalısınız. Məqsədimiz odur ki, sizdə düzgün məktub yazmaq vərdişləri formalaşsın. Ölkədə ingilis ədəbiyyatı haqqında ingilis dilində yazan alimlər yoxdur.  Mən istəyirəm ki, belə bir ənənə, belə bir elmi məktəb  bizdə yaransın. Bu məktəbi siz yarada bilərsiniz",-deyə rektor N.Paşayeva tələbələrə müraciət edib.  O əlavə edib ki,  bu müsabiqə tələbələr üçün İngiltərə universitetləri ilə birgə işlərin aparılmasında körpü rolunu oynaya bilər.

Qeyd edək ki,  1997-ci ildə təsis olunmuş İngiltərə-Azərbaycan Cəmiyyəti ölkələrimiz arasında münasibətlərin inkişafında misilsiz xidmətlər  göstərib.    Cəmiyyət Azərbaycan və Böyük Britaniyada  bir sıra humanitar, sosial  və mədəni layihələr həyata keçirir.  Cəmiyyətin Böyük Britaniya tərəfdən həmsədri (2014-cü ildən) lord Mayk German, Azərbaycan tərəfdən isə  (2007-ci ildən) professor Nərgiz Paşayevadır. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov