Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Xocalı faciəsindən bəhs edən filmin təqdimatı olub

 

Böyütmək üçün seçinFevralın 24-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin və Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsindən bəhs edən "Sonsuz dəhliz" filminin təqdimatı olub.

Tədbirdə  təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Avropa-Azərbaycan Cəmiyyətinin Parisdəki ofisinin rəhbəri Marie-Laetitia Gourdin, Azərbaycanın Dostları Assosiasiyasının sədri, Milli Assambleyanın deputatı Jan-Fransua Mansel iştirak ediblər.

Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxışlar dinlənilib. Qeyd olunub ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu faciə insanlığa və bütün bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətdir.

Tədbirdə Xocalı soyqırımının dünya ictimaiyyətinə hərtərəfli çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci ildən etibarən hər il "Xocalıya ədalət!" beynəlxalq təşviqat kampaniyasının keçirildiyi və bu kampaniyanın nəticəsi olaraq dünyanın onlarca ölkəsinin parlamenti tərəfindən Xocalı faciəsinin tanındığı bildirilib. Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar dünya ölkələrində silsilə tədbirlərin təşkil olunduğu, ilk dəfə Fransada "Sonsuz dəhliz" sənədli filminin nümayişinin həmin tədbirlərdən biri olduğu vurğulanıb.

Sonra Xocalı faciəsini əks etdirən "Sonsuz dəhliz" sənədli filmi nümayiş olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov