Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

ADU-da "Xocalı harayı" adlı tamaşa nümayiş olunub

 

Böyütmək üçün seçinAzərbaycan Dillər Universitetində pedaqoji (ingilis dili-alman dili) fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş "Xocalı harayı" adlı tamaşa nümayiş olunub. Tamaşa fakültənin 204 b qrup tələbəsi Gülnar Xəlilovanın ssenarisi əsasında tələbələrin iştirakı ilə təqdim edilib.

Tamaşanın nümayişindən öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Xocalı soyqırımında həlak olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra pedaqoji fakültənin II kurs tələbələri Elnurə Cəfərzadə və Anara Məmmədova Xocalıda baş verən hadisələr, soyqırımında həlak olan insanlar haqqında ətraflı məlumat verib, şeir söyləyiblər.

Sonra iştirakçılar "Xocalı harayı" tamaşasını izləyiblər. 

Nümayişdən sonra ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək Xocalı soyqırımının xalqın ən qanlı tarixi olduğunu dedi. Bu gün bu tarixi xatırladan gənclərin yaşının Xocalı soyqırımından keçən zamana bərabər olduğunu söyləyən rektor Səməd Seyidov bu qanlı xatirəni çatdıran tələbələrin ona canlı  tarix  kimi yanaşdıqlarını nəzərə çatdırdı. Azərbaycan xalqının daim yaşayacağına, Qarabağın, Xocalının  və  digər işğal altında  olan  torpaqlarımızın geri qaytarılacağına əminliyini ifadə edən rektor faciədə əzilməyən xalqın dirçəldiyini, gücləndiyini vurğuladı.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tamaşanın yüksək səviyyədə hazırlandığını söylədi, Azərbaycanın gələcəyinə böyük ümidlər doğuran gənclərin yetişdiyini bildirdi.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov