Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

"Naxçıvan" Universitetində konfrans keçirilib

 

"Naxçıvan" Universitetində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş konfrans keçirilib. Konfrans başlamazdan əvvəl tədbir iştirakçıları  foyedə nümayiş etdirilən Xocalı soyqırımına aid sərgi ilə tanış olublar. Universitetin akt zalında davam edən konfransda əvvəlcə Xocalıda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açıb.

İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevin "XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən böyük faciə", Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın "Xocalı faciəsi bədii ədəbiyyatda", universitetin əməkdaşı Nuray Əsgərovanın "Xocalı faciəsi dünya mətbuatında" mövzularında çıxışları dinlənilib.

Sonda tələbələr Xocalıya həsr olunmuş şeirlər səsləndirib və qısametrajlı sənədli film nümayiş etdirilib. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov