Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

"Bilicilər" birinci olmağa hazırlaşırlar"

 

Böyütmək üçün seçinBakıdakı 5 nömrəli  tam orta məktəbdə məktəbəqədər hazırlıq qrupunun "Bilicilər" birinci olmağa hazırlaşırlar" adlı tədbiri keçirilib. Məktəbin  direktoru Nərminə Gündüzlü  bildirib  ki, təhsil nazirinin  müvafiq əmrinə əsasən, Bakı şəhərinin bir sıra ümumtəhsil məktəblərində cari tədris ilində pilot məktəbəhazırlıq qrupları təşkil olunub. O cümlədən, Bakıdakı 5 nömrəli tam orta məktəbdə də 96 uşağı özündə birləşdirən 7 hazırlıq qrupu fəaliyyət göstərir ki, onlardan da 4-ü Azərbaycan,  3-ü isə rus bölməsi üzrədir.

Məktəbdə məşğələlərin aparılması üçün bütün müasir avadanlıqlarla təchiz olunmuş geniş və işıqlı sinif otaqları uşaqların ixtiyarına verilib. Məşğələlər  uşaqların ümumi dünyagörüşünün səviyyəsinin artırılması, nitqin inkişafı, diqqətin və yaddaşın formalaşdırılması, müqayisə və analogiyanın məntiqi təfəkkürünün formalaşdırılmasına xidmət edir.  Əl matorikasının inkişafının formalaşdırılması kimi vərdişləri  özündə əks etdirən   "Bilicilər" birinci olmağa hazırlaşırlar" adlı səhnəcik  göstərilib. Müxtəlif nağıl personajları kostyumlarında səhnəyə çıxan  balacaların  sərbəst nitqi, səhnə mədəniyyəti, istedadları  valideynlərin və tədbirdə iştirak edən qonaqların  marağına səbəb olub.     Balacalar ilk dəfə məktəb səhnəsində  ətraf mühit, işiqfor, fiqurlar, ev heyvanları, meyvələr, rənglər əsasında bilgiləri ilə bağlı  maraqlı kompozisiyalarla çıxış ediblər.  Uşaqlar rəqslər və mahnılar  ifa ediblər. 

Tədbirdə valideynlərlə yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəbin ibtidai sinif müəllimləri, Bakıdakı 102  və 266 nömrəli  uşaq bağçalarının müdirləri  iştirak ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  baş məsləhətçisi Sabir Həmidov çıxış edərək məktəbəqədər hazırlıq qruplarının mahiyyəti haqda bir daha valideynlərə geniş məlumat verib və onları övladlarının qısa bir zamanda əldə etdikləri bu uğura görə təbrik edib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov