Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün hazırlanmış yeni cizgi filmlərinin təqdimatı

 

Böyütmək üçün seçinMartın 13-də Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli internat məktəbində "Fitnə", "Şah və xidmətçi" və "Humayın yuxusu" adlı cizgi filmlərinin təqdimatı keçirilib.

Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakı Şəhər Kino Xidməti İdarəsi və Gözdən Əlillər Cəmiyyəti tərəfindən "Sərhədsiz kino" layihəsi çərçivəsində hazırlanmış bu filmlər görmə və eşitmə imkanları məhdud uşaqların başa düşməsi üçün tiflo və surdo şərhləri ilə təmin olunub.

Təqdimat mərasimində Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Cizgi filmlərinin təqdimatından sonra məktəbin istedadlı uşaqlarının ifasında bədii proqram nümayiş olunub. Proqramın aparıcıları  Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək xalqımızın  müqəddəs bayramlarından olan Novruz adət-ənənələrindən danışıblar.

Şagirdlərin təqdim etdikləri bütün nömrələr, xüsusən də Bahar qızın meydana gəlişi, təmsil etdiyi fəslin şəninə söylədiyi şeir və mahnılar, Keçəllə Kosanın məzəli dialoqu, ayrı-ayrı şagirdlərin ifaları, yumurta döyüşdürmələri, idman nömrələri bayram iştirakçılarında xoş ovqat yaradıb.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov