Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Turizmin inkişafı ilə bağlı beynəlxalq layihə

 

Böyütmək üçün seçinAvropa Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən "Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması" layihəsinin rəhbərləri Naxçıvan Dövlət Universitetində olublar. Layihənin meneceri, Almaniyanın Yade Tətbiqi Elmlər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini xanım Gila Altmann, layihənin rəhbər komitəsinin üzvü, birinci işçi qrupunun rəhbəri, Almaniyanın Vorms Tətbiqi Elmlər Universitetinin vitse-prezidenti, professor Knut Scherhag universitet kampusunu gəzərək tədris prosesi, maddi-texniki baza ilə tanış olublar. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara ali məktəblərdə müasir texnologiyalardan istifadə barədə məlumat verib.

Görüş zamanı rektor Saleh Məhərrəmov vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti TEMPUS proqramı çərçivəsində 5 layihənin iştirakçısıdır.

Sonra 2012-ci ildən təməli qoyulan "Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması" layihəsi ilə bağlı məsələlər müzakirə olunub. Layihənin Naxçıvan üzrə koordinatoru, universitetin beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov bu istiqamətdə bir sıra işlər görüldüyünü bildirib. Müzakirə zamanı layihənin müddətinin bir il daha uzadılması, layihə çərçivəsində universitetdə Turizm Mərkəzinin yaradılması, onlayn treninqlərin keçirilməsi və eləcə də xarici mütəxəssislərin treninq keçməyə dəvət edilməsi, layihə bitdikdən sonra da universitetlərarası əməkdaşlığın davam etdirilməsi ilə bağlı məsələlərdən bəhs olunub.

Xanım Gila Altmann universitetdən zəngin təəssüratlarla ayrılacağını söyləyib. Bildirilib ki, çox zəngin və qədim tarixə malik Naxçıvanda turizm növlərinin inkişafı üçün geniş potensial, əlverişli şərait vardır. Adıçəkilən layihə də məhz buna xidmət edəcək. 

 Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov