Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Təhsil Problemləri İnstitutu ilə Qafqaz Universiteti arasında müqavilə imzalandı

 

Böyütmək üçün seçinAzərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovun  rəhbərliyi ilə  institutun nümayəndə heyəti  Qafqaz Universitetində olub.

TPİ-nin direktoru Qulu Novruzov öncə dəvətə görə universitetin rəhbərliyinə təşəkkürünü  bildirib. Təhsilin inkişafında müəllim hazırlığının əsas rol oynadığını vurğulayan Q.Novruzov bu  məsələnin TPİ-nin fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu söyləyib. Direktor, həmçinin, TPİ-nin  yaranma tarixi, məqsədləri, institutda aparılan tədqiqat işləri və onların nəticələri barədə danışıb. Qısa zaman ərzində institutun əldə etdiyi ilk uğurları, Fransa, Dağıstan, Qazaxıstan ilə qurulan əməkdaşlıq haqqında ətraflı məlumat verib. Çıxışında direktor Qafqaz Universiteti ilə əməkdaşlığa və müxtəlif ölkələrin universitetləri ilə olan birgə layihələrdə bərabər fəaliyyətə hazır olduqlarını bildirib, bu əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağına əminliyini ifadə edib.

Qafqaz Universitetinin rektoru,  professor Ahmet  Saniç  ARTPİ-nin nümayəndə heyətini universitetin tədris - təcrübə mərkəzləri ilə tanış edib. Rektor sonra universitetin pedaqoji fakültəsini təkmilləşdirmək  və savadlı  müəllim yetişdirməyin əsas hədəflərindən biri olduğunu vurğulayıb. Çıxışında Qafqaz Universitetində gənc pedaqoji kadr  potensialının olduğunu deyən A.Saniç  onların TPİ-nin təcrübəsindən istifadə etmələrini zəruri sayıb.  Rektor 2014-2015-ci tədris ilində Qafqaz Universitetinin müəllimlik ixtisaslarını seçən  32 nəfər tələbənin "Gələcəyin müəllimi" təqaüdünə layiq görüldüyünü diqqətə çatdırıb.

Sonra Təhsil Problemləri İnstitutu ilə Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.  

ARTPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov