Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Universitetdə təlimlərə başlanılıb

 

Martın 10-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) maliyyə üzrə seminarlara start verib.

Bu təlimlərlə ADİU ilə QKDK arasında imzalanan təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumunun icrasına başlanılır. Təlimlərdən başqa, memorandum çərçivəsində bu günlərdə ADİU-nun 30 tələbəsi QKDK-də istehsalat təcrübəsinə başlayacaq.

Seminarlarda tələbələr maliyyə bazarları haqqında təməl bilikləri əldə edəcəklər. Növbəti mərhələdə isə elçilərin (Kapital bazarının bələdçiləri) seçilməsinə başlanılacaq. Elçilər yüksək nəticə göstərən tələbələr arasından seçiləcək və onlara öyrəndiklərini tətbiq etmək imkanı yaradılacaq. Sonuncu mərhələdə isə yüksək nəticə göstərən tələbələr QKDK-nın funksional şöbələrində, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasında, broker şirkətlərində iş təcrübəsinə cəlb ediləcəklər. Proqramı uğurla başa vuran tələbələr əmək bazarında əvəzolunmaz kadrlar hesab olunacaq. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov