Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Gəncə Dövlət Universitetində sertifikatlar verilib

 

Gəncə Dövlət Universitetində  "Tyutor hazırlığı təlimi" kursunun yekununa həsr edilmiş yığıncaq keçirilib. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanovun, Azərbaycan Dövlət Aqrar Universitetinin elmi işlər üzrə prorektoru, dosent Nizami Seyidəliyevin, Gəncə Humanitar Kollecinin direktoru Fəxrəddin Zeynalovun dəvət olunduğu yığıncağı Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov açaraq qeyd edib ki, Azərbaycanın qərb regionunda fəaliyyət göstərən və Bolonya prosesinə qoşulmuş ali təhsil müəssisələrində  tyutorlara ciddi ehtiyac var. Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq Gəncə Dövlət Universitetində  7 yanvar  2015-ci il tarixdən etibarən  tyutor hazırlığı təlimi məqsədilə iki aylıq kurs fəaliyyətə başlayıb. Gəncə Dövlət Universitetindən 27, Azərbaycan Dövlət Aqrar Universitetindən 24, Azərbaycan Texnologiya Universitetindən 11, Gəncə Humanitar Kollecindən 2 nəfərin qatıldığı bu kursda təlimin yüksək səviyyədə aparılması üçün Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi Təranə Musayeva dəvət olunmuşdur.

Tyutor hazırlığı təlim proqramı başa çatdıqdan  sonra burada iştirak edən dinləyicilərə  sertifikatların  verilməsi nəzərdə tutulmuşdur.  Üç dərəcədən ibarət olan sertifikatın I dərəcəlisi "Bilik, bacarıq və səriştəsi ilə fərqlənənlərə", II dərəcəli sertifikat "Biliyi və fəal iştirakına görə fərqlənənlərə", III dərəcəli sertifikat isə "İştirakına görə" verilir.

Artıq kurs uğurla başa çatdırılmış, iştirakçıların biliyi obyektiv olaraq test üsulu ilə qiymətləndirilmiş, dinləyicilərin dərəcələri müəyyənləşdirilmişdir.

Professor Yusif Yusibov ayrı-ayrı təhsil ocaqlarından olan və yüksək dərəcəyə layiq görülən dinləyiciləri təbrik edib, onlara bu sahədə uğur qazanmalarını arzulayıb. 

Maqbet ƏHMƏDOV,
Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov