Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Bakı Slavyan Universitetində "Multikulturalizm kafedrası" yaradılıb

 

Bakı Slavyan Universitetinin Elmi Şurasında "Azərbaycan multikulturalizm" kafedrasının yaradılması haqqında qərar qəbul edilib. Azərbaycan Respublikasının millətlərarası  multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BSU-nun elmi şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü ilə yaradılmış kafedrada BSU-nun bütün ixtisaslarında bakalavr pilləsində "Multikulturalizmə giriş", regionşünaslıq (ölkəşünaslıq) ixtisasında, "ixtisas ölkələrinin mədəniyyəti və incəsənəti", "ixtisas ölkələrinin etnoqrafiyası", "ixtisas ölkələrinin ictimai fikir tarixi", "ixtisas ölkələrinin etnopsixologiyası", "müqayisəli ədəbiyyat" və s. fənlər tədris olunacaqdır. Magistratura pilləsində isə "Azərbaycan multikulturalizm" fənni ilə yanaşı, "ədəbi komprotivistika" və  müxtəlif  ixtisaslaşmalara uyğun fənlərin tədrisi nəzərdə tutulur. Bundan əlavə, kafedrada multikulturalizm üzrə buraxılış işləri, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi planlaşdırılır. Kafedranın tərkibi yuxarıda adları çəkilən sahələr üzrə kifayət qədər elmi-pedaqoji təcrübəyə malik olan mütəxəssislərdən formalaşdırılıb. Bu kafedranın əməkdaşları Azərbaycan Respublikası Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyinin və Bakı multikulturalizm mərkəzinin həyata keçirdikləri layihələrdə də aktiv iştirak edəcəklər. Qeyd etmək lazımdır ki, BSU-da yaradılan kafedra respublikada ilk olduğuna görə  gələcəkdə digər ali təhsil müəssisələrində yaradılacaq bu qəbildən olan kafedralara elmi-metodik yardım göstərəcək. "Azərbaycan multikulturalizm"  kafedrasına müdir vəzifəsinə dosent Aytən Qəhrəman təyin olunub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov