Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

"Könlüm keçir Qarabağdan"

 

İnsanları sızıldadan, qəlbləri riqqətə gətirən, kövrəldən, ağladan, bəzənsə fəxarət, qürur hissi  aşılayan bu mövzuya həsr olunmuş tədbir Bakıdakı 250 nömrəli tam orta məktəbdə keçirilib. "Qarabağ şikəstəsi"nin sədaları  ilə başlanan tədbiri məktəbin tarix müəllimi Solmaz Əhmədova  açaraq Qarabağın ərazisi, coğrafi mövqeyi haqqında  geniş məruzə edib və  düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad olunacağına inamını bildirib.

Qarabağ xanlığının tarixindən, təbii sərvətlərindən, meşələrin əsrarəngiz gözəlliklərindən  bəhs edən çıxışlar bir-birini əvəz edib. Şagirdlər - Aygün Məmmədova,  Ayşən Qənbərli, Vüsal Vəliyev, Təhminə Bağırova, Səfurə Allahyarova, Mehin Seyidova və Tale Qurbanov  şeirlər, bayatılar söyləyib, mahnılar oxuyub, əbədi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdiriblər. "Qarabağ şikəstəsi", "Bayatı şiraz" muğamları səsləndirilib.

Tədbirdə başımıza  gətirilən müsibətlərə baxmayaraq Azərbaycan xalqının əyilməz olduğu vurğulanıb. Mübariz İbrahimov və Fərid Əhmədov kimi vətən uğrunda canından keçərək  şəhidlik zirvəsinə ucalan mərd oğullarımız yad edilib, onlar qürur, mərdlik rəmzi kimi xatırlanıb.  Doğma torpaqlarımızın qayıdacağına, Azərbaycanın üçrəngli bayrağının Qarabağda, Şuşada ucalacağına və zəfər zənginin orada çalınacağına bütün çıxışlarda əminlik ifadə olunub.

Məktəbin direktotu  Nazim Adıgözəlov  məktəblilərin  vətənpərvərlik mövzusuna həsr etdikləri ədəbi-bədii kompozisiyanı yüksək qiymətləndirərək tədbirin  təşkilatçıları olan tarix müəllimi Solmaz Əhmədovaya, ingilis dili müəllimi Səadət Zeynalovaya öz təşəkkürünü bildirib. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov