Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Rəsmi xronika

 

* Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva  Bakı Ekspo Mərkəzində "AITF-2015" XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər, "HOREX Caucasus-2015" IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin "CIBS-2015" II Xəzər Beynəlxalq kater və yaxtalar sərgiləri ilə tanış olublar.

 * Prezident İlham Əliyevin və ölkəmizə rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun aprelin 2-də geniş tərkibdə görüşü olub. Görüşdən sonra Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin imzalanması mərasimi keçirilib.

 * Aprelin 2-də dövlət başçısı İlham Əliyev  Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.

 * Aprelin 1-də dövlət başçısı İlham Əliyev  Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amangeldı Jumabayevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Bakı Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub.

 * Martın 29-da Prezident İlham Əliyev Ş.H. Məmmədovaya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nun verilməsi haqqında sərəncam imzalayıb.

 * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri martın 19-da Prezident Sarayında Gəncənin 11 yaşlı sakini Ümid Həbibovla görüşüblər.

 * Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasında işgüzar səfərdə olub.  Ölkə başçısı səfəri zamanı Qarsda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlqoyma mərasimində və  Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışında iştirak edib. Liseyin açılış mərasimində hər iki ölkənin prezidentləri çıxış ediblər.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov