Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Fransa ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş

 

Böyütmək üçün seçinAprelin 1-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi Fransa ali təhsil müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan təhsil naziri hər iki ölkənin dövlət başçıları arasındakı yüksək səviyyəli münasibətlərə uyğun olaraq günbəgün inkişaf edən Azərbaycan-Fransa əlaqələrində təhsil sahəsinin xüsusi rolunu nəzərə çatdırıb. Nazir ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinin müsbət hal olduğunu bildirib, orta təhsil, tələbə və müəllim mübadiləsi istiqamətlərində mövcud olan səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Ötən ilin noyabrında Parisə səfəri çərçivəsində Strasburq Universitetinin prezidenti Alen Beretzlə görüşünü xatırladan təhsil naziri cari ilin fevral ayında Fransada keçirilmiş "Azərbaycan günü" tədbirinin əhəmiyyətinə də diqqət çəkib. Nazir Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafının vacib olduğunu söyləyib, ikili diplomların tanınması və elmi-tədqiqat sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyinə diqqət çəkib.

Strasburq Universitetinin prezidenti Alen Beretz belə görüşlərin Fransa-Azərbaycan təhsil əlaqələrinin inkişafı və birgə əməkdaşlığın daha səmərəli müstəviyə qədəm qoyması baxımından rolunu qeyd edib.

Ölkəmizin ali təhsil müəssisələri rəhbərlərinin də iştirak etdiyi görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1-3 aprel tarixlərində Azərbaycanda səfərdə olan nümayəndə heyəti bir sıra aparıcı ali təhsil müəssisələrində də olacaq və ikitərəfli təhsil əlaqələrinin inkişafına dair müzakirələr aparacaqlar. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov