Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Diplomqabağı təcrübəyə həsr olunmuş konfrans

 

 Bu günlərdə Bakı Humanitar Kollecində son kurs tələbələri üçün diplomqabağı təcrübəyə həsr olunmuş konfrans keçirilib. Əvvəlcə foyedə müşahidə və sınaq təcrübələrini başa vurmuş tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Akt zalında davam edən konfransı giriş sözü ilə kollecin direktor müavini Hümbət Əhmədov açaraq müşahidə və sınaq təcrübədən keçmiş son kurs tələbələrini təbrik edib. 

İstehsalat və təcrübə rəhbəri Aygün Zülfiyeva çıxışında bildirib ki,  kollecin son kurs tələbələri müşahidə və sınaq təcrübələrini  Bakıdakı 3, 126, 244 nömrəli tam orta məktəblərdə, 138 və 158 nömrəli uşaq bağçalarında keçiblər. İxtisaslarından asılı olaraq digər buraxılış qrupları isə Bakıda yerləşən dövlət kitabxanalarında, muzeylərdə, musiqili komediya teatrlarında, musiqi məktəblərində, xalça muzeylərində və digər baza müəssisələrində öz diplomqabağı təcrübələrini davam etdirəcəklər.

Konfransda kollecin fənn birləşmə sədrlərindən M.Şiriyeva, M.Aslanova, İ.Hüseynova, şöbə müdirlərindən R.Mehdiyev, T. Zülfiyev, müəllimlərdən G.Hacıyeva, L.Əliyeva, R.Cəbrayılova, S.Qafarova və başqaları çıxış edərək müşahidə və sınaq təcrübəsindən çıxmış tələbələri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Konfrans tələbələrin ifalarında konsert proqramı ilə başa çatıb.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov