Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Vətənpərvərlik mövzusuna həsr olunan tədbir

 

Böyütmək üçün seçinAzərbaycanın Milli Qəhrəmanı  Eldar Tağızadə adına  Bakıdakı 164 nömrəli tam orta məktəbdə vətənpərvərlik mövzusuna həsr olunan tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bu tədbirlər şagirdlərdə doğma vətənə, torpağa olan məhəbbəti birə-beş artırır. Məktəbin  VI b  sinfində hər  həftə  mütaliə  günü keçirilir.  Şagirdlər  Azərbaycan  dili  və  ədəbiyyat  müəllimi Təranə  Bağırovanın  tərtib  etdiyi  ədəbiyyat  siyahısına  əsasən  əsərləri  oxuyur, sonra onları kollektiv şəkildə          müzakirə edirlər.

Altıncılar bu günlərdə  yazıçı-publisist Mustafa Çəmənlinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən "Mübariz" sənədli povestinin  müzakirəsini keçirib. "Mübariz" povestinin sözün əsl mənasında gənclərə vətənpərvərlik hissi aşılaya biləcək bir əsər olduğunu diqqətə çatdıran şagirdlər əsərdə müəllifin öz qəhrəmanından nə qədər təsirləndiyini də  vurğulayıblar.

Müzakirədə  məktəbin  direktoru  Kəmalə  Qədirova, direktor  müavini  Nazimə  Zeynalova, Azərbaycan  dili  və  ədəbiyyat  müəllimləri  iştirak  ediblər.   Altıncılar   Fəxri  xiyabana  gedərək Azərbaycanın  Milli  Qəhrəmanı Mübariz   İbrahimovun və baş leytenant Fərid  Əhmədovun məzarlarını ziyarət  ediblər. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov