Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Mərkəzdə "dəyirmi masa"

 

Bakıdakı 39 nömrəli Texniki Yaradıcılıq Mərkəzində "Vətənpərvərlik, milli-mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə təhsilin prioritet  istiqamətlərindəndir" mövzusunda "dəyirmi masa" keçirilib. Öncə uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub. Sonra tədbir iştirakçıları  mərkəzdə fəaliyyət göstərən  altı dərnəkdə məşğələlərin gedişini izləyiblər. Üçüncü mərhələdə isə  mövzu ətrafında geniş müzakirəyə start verilib. 

Mərkəzin direktoru Qənirə Sultanova  mövzu  ətrafında  geniş məlumat verərək bildirib ki, məktəbdənkənar yaradıcılıq  mərkəzlərində yeniyetmələr  öz  bacarıqlarını  realizə edir,  məntiqi  təfəkkür  qabiliyyətlərinin  inkişafına  nail  olurlar.

Texniki Yaradıcılıq Mərkəzinə cəlb olunan şagirdlərin vətənpərvərlik, eyni zamanda milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsi, təhsil və mədəni səviyyələrinin yüksəldilməsi, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi qarşıya qoyulan ən mühüm məsələlərdəndir. Milli -mənəvi dəyərlərə hörmət və bu dəyərlərin qorunub saxlanması  istiqamətində mərkəzdə mühüm işlər görülür,  daha uğurlu nəticələrin əldə edilməsinə səy göstərilir. Məqsədimiz  daha çox uşaq, yeniyetmə və gənci əlavə təhsilə - yaradıcılığa cəlb etmək, uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki inkişafını, kreativlik tələbatını  təmin, onların  asudə vaxtlarını daha səmərəli və məzmunlu təşkil etmək, milli şüurun inkişafında ümumbəşəri dəyərlərə əsaslanaraq tərbiyəni inkişaf etdirmək, yaradıcı, təşəbbüskar, məsuliyyətli, kreativ düşüncəli,  yüksək intellektə malik gənclər yetişdirməkdir.

Sonda  maraqlı fikirlər və təkliflər səsləndirilib. Qeyd edək ki, "dəyirmi masa"da Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəblərin, yaradıcılıq mərkəzlərinin direktorları, tərbiyə işləri üzrə direktor müavinləri və uşaq birliyi rəhbərləri iştirak edib.    

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov