Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə  

QƏRARA ALIRAM: 

1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin: 

Komissiyanın sədri 

İlham Əliyev                             - Azərbaycan Respublikasının Prezidenti

 Komissiyanın üzvləri 

Artur Rasi-zadə                       - Azərbaycan Respublikasının Baş naziri

Ramiz Mehdiyev                     - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Elçin Əfəndiyev                       - Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli Zadə                            - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Mehriban Əliyeva                   - Heydər Əliyev Fondunun prezidenti

Əbülfəs Qarayev                     - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov                    - Azərbaycan Respublikasının təhsil naziri

Oqtay Şirəliyev                        - Azərbaycan Respublikasının səhiyyə naziri

Əli Abbasov                             - Azərbaycan Respublikasının rabitə və yüksək  texnologiyalar naziri

Hüseynqulu Bağırov              - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Kamal Abdullayev                 - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri

Fatma Abdullazadə               - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Xoşbəxt Yusifzadə -               Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Ağamusa Axundov                 - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Anar Rzayev                            - Azərbaycan Yazıçılar Birliyinin sədri

Fərhad Xəlilov                         - Azərbaycan Rəssamlar İttifaqının sədri

Firəngiz Əlizadə                      - Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Şəfiqə Məmmədova              - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Azərpaşa Nemətov                - Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

Elbay Qasımzadə                   - Azərbaycan Memarlar İttifaqının sədri

Tahir Salahov                          - xalq rəssamı

Arif Məlikov                              - xalq artisti

Ömər Eldarov                          - xalq rəssamı

Eldar Quliyev                           - Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti 

2. "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bak
ı şəhəri, 8 aprel 2015-ci il

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov