Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

"Ən yaxşı oxucu mənəm" layihəsinin hesabatı

 

Aprelin 8-də paytaxtın Nizami rayonunda yerləşən 62 nömrəli məktəb-liseydə  "Ən yaxşı oxucu mənəm" layihəsinin hesabatı keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı, məktəb direktorları və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Mətanət Cabbarlı iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı. Təhsil naziri Mikayıl Cabbarovun şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı əmrinə əsasən tədris ocağında  "Ən yaxşı oxucu mənəm" layihəsinin həyata keçirildiyini diqqətə çatdırdı. Layihənin tədris ili müddətində davam etdiyi qeyd edilərək layihə çərçivəsində görülən işlərdən danışıldı.

Sonra şagirdlərin ifasında "Əmir Teymur" tamaşası nümayiş etdirildi, şeirlər söylənildi.

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva çıxış edərək şagirdlərdə mütaliə vərdişinin təkmilləşdirilməsi və formalaşdırılması istiqamətində bir çox tədbirlər keçirildiyini, bu tədbirin də silsilə xarakter daşıdığını nəzərə çatdırdı. Məktəb-liseyin şagirdlərinin məharətli çıxışlarını yüksək qiymətləndirən M.Vəliyeva tədbirdə mütaliəyə olan fərqli yanaşma modeli nümayiş olunduğunu qeyd etdi. Belə layihələrin və tədbirlərin uşaqların bir şəxsiyyət kimi formalaşmasına müsbət təsir etdiyi bildirildi. Tədbirin təşkil olunmasında zəhməti olan hər bir şəxsə təşəkkürünü bildirən müdir müavini belə layihələrin davamlı keçirilməsinin vacibliyini diqqətə çatdırdı.

Tədbirdə çıxış edən Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı təhsil ocağında, müəllimlərin əhatəsində olmağından böyük məmnunluq hissi keçirdiyini bildirdi. Şagirdlərdə mütaliə vərdişlərinin formalaşmasının çox vacib amil olduğunu qeyd edən xalq artisti, şagirdlər tərəfindən səhnələşdirilən tamaşanı da yüksək qiymətləndirdi.

Tədbirdə layihə çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənən şagirdlərə diplom və hədiyyələr verildi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov