Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Gəncə Dövlət Universitetində görüş

 

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının "Fikir çərşənbəsi" adlı layihəsi əsasında  tələbələrlə professorların görüşü təşkil olunur. Aprelin 7-də universitetdə növbəti belə tədbir keçirilib. "Fikir çərşənbəsi"nin  budəfəki qonağı botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Vaqif Novruzov olub.

Səmimi keçən  görüşdə professor Vaqif Novruzov tələbələrə öz həyatından, təhsil illərindən, elmi yaradıcılığından, əldə etdiyi uğurlardan, eləcə də kafedradakı fəaliyyətindən danışıb.

Professorun hazırda Gəncə Dövlət Universitetində çalışan yetirmələri öz ustadları haqqında ürək sözlərini bölüşüb, onun qayğıkeşliyindən, eyni zamanda rəhbər kimi elmdə güzəştsiz tələbkarlığından  qürur hissi ilə söz açıblar. Bildirilib ki, şərəfli bir həyat yolu keçmiş pofessorun həyat və fəaliyyəti tələbələrə əsl örnəkdir.

Sonda professor tələbələri maraqlandıran sualları cavablandırıb.  

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov