Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Bakı Slavyan Universitetində beynəlxalq konfrans

 

9 May Qələbə Gününün 70 illiyi münasibətilə ölkəmizdə bayram tədbirlərinə start verilib. MDB ölkələrinin dövlətlərarası humanitar əməkdaşlıq Fondunun dəstəyi ilə "Sever-Yuq" politoloji mərkəzi tərəfindən "Böyük Qələbənin yubileyi: canlı xatirə" mövzusunda təşkil edilən beynəlxalq konfransa Bakı Slavyan Universiteti ev sahibliyi edib. Konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Belarus Respublikası Milli Akademiyasının Tarix İnstitutunun direktoru Vyaçeslav Daniloviç, Qırğızıstan Respublikası Perspektiv Tədqiqatlar Mərkəzinin direktoru, fəlsəfə elmləri namizədi Sergey Masaulov, Rusiya Federasiya Şurasının Sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlova, rəsmi şəxslər, tarixçilər  və  politoloqlar iştirak ediblər.

BSU-nun rektoru, professor Asif  Hacıyev iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Konfransda çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Böyük Qələbə xalqların birgə mübarizəsi nəticəsində əldə olunub. Bu müharibə xalqımızın qəhrəmanlıq, igidlik salnaməsidir. Müəyyən dövr ərzində 9 May Qələbə Gününə fərqli yanaşılsa da, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra bu tarixi hadisəyə obyektiv münasibət ortaya qoyuldu. Hazırda ölkə başçısı cənab İlham Əliyev də tez-tez müharibə veteranları ilə görüşür və onların problemləri ilə maraqlanır. Böyük Vətən müharibəsinin iştirakçısı Aleksandr Qritçenko çıxışında müharibə zamanı arxa cəbhədə vuruşan zəhmətkeş xalqların əziyyətini qeyd edərək qələbənin qazanılmasında Azərbaycanın rolundan danışıb.

Konfrans BSU nəzdində fəaliyyət göstərən Moskva tədris və mədəniyyət mərkəzində təşkil edilmiş konsert proqramı ilə başa çatıb. 

Şakir  CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov