Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Gəncə Dövlət Universitetində xeyriyyə aksiyası

 

Aprelin 6-da Gəncə Dövlət Universiteti xarici dillər fakültəsinin alman dili kafedrasının təşəbbüsü ilə "alman dili müəllimliyi" ixtisasının tələbələri "Uşaq evinə yardım" aksiyası keçiriblər. Kafedranın baş müəllimi Vüsalə Kərimovanın təşkilatçılığı ilə baş tutan aksiyada  məqsəd toplanan pul vəsaitini körpələr evinə vermək, uşaqları hədiyyələrlə  sevindirmək idi.

Aksiyada "alman dili müəllimliyi" ixtisasının tələbələrindən Fidan Yusibova, Fəridə Əliyeva, Gülnara Ələsgərzadə, Türkan Qəribova, Vəsilə Əmirova, Leyla Orucova, Səbinə Allahyarova, Fəridə Abbasova xüsusilə fəallıq göstəriblər.

Aksiyadan sonra müəllim və tələbələr uşaq evinə baş çəkib, gəlişləri ilə onlara  hədsiz sevinc bəxş ediblər. Uşaqlarla birgə şənlənən müəllim və tələbələr xatirəsi unudulmayacaq bir gün yaşayıblar. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov