Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Futbol məktəbinin yetirmələri beynəlxalq turnirdə iştirak ediblər

 

Təhsil Nazirliyinin "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin 3 komandası Türkiyənin Alanya şəhərində "FİFA Grassroots" proqramı çərçivəsində təşkil edilən "Turkish Holidays. Spring Edition" beynəlxalq futbol turnirində iştirak edib. Futbol  məktəbinin direktoru Mustafa Həsənovdan aldığımız məlumata görə, "Evima" şirkəti tərəfindən keçirilən turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, İtaliya, İspaniya, Rusiya, Bolqarıstan və Gürcüstandan 42 komanda 8 yaş qrupu üzrə mübarizə aparıb. Azərbaycanı 42 nəfərlik futbolçu heyəti ilə təmsil edən "Vətən"in yetirmələri 11, 12 və 13 yaşlı idmançıların qarşılaşmasında qüvvələrini sınayıblar.

Komandalarımız bir həftə ərzində müxtəlif ölkələri təmsil edən rəqiblərlə mübarizə aparıblar. Onlar arasında İspaniyanın "Selta Viqo", Türkiyənin "Beşiktaş" komandaları da olub. Turnirin 12 və 13 yaşlılar qrupunda komandalarımız IV yeri tutublar.

Qeyd edək ki, 5-ci dəfə keçirilən festivala "Vətən" futbol məktəbinin komandaları ötən il də qatılıblar. "Vətən" təmsilçiləri bu il daha uğurlu çıxış ediblər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov