Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

"Təməl" təqaüd proqramı çərçivəsində məşğələlər başlayıb

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və "İnkişaf" Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan "Təməl" təqaüd proqramı çərçivəsində məşğələlərə start verilib. 

Yeni forma və məzmunda hazırlanmış ixtisasartırma kursunun əsas məqsədi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bir qrup ibtidai sinif müəlliminin peşəkarlıq səviyyəsini yüksəltməkdir.

Təqaüd proqramında iştiraka maraq göstərən şəxslər sırasından 105 nəfər seçilib, nəzəri və praktik məşğələlərin aparılmasına 20-yə yaxın mütəxəssis cəlb olunub.

Beş mərkəzdə ay yarım davam edəcək təlimdə müəllimlər ibtidai təhsilin fəlsəfəsi, missiyası, müasir pedaqoji və psixoloji yanaşmalar, metodika və didaktika, sinfin idarə edilməsi, şəxsi inkişaf, vaxtın idarə edilməsi, planlaşdırma, rəqəmsal savadlılıq  və digər bu kimi mövzularda mühazirə, praktik məşğələ və ustad dərslərində iştirak edəcək, qabaqcıl məktəblərin təlim mühiti ilə tanış olacaqlar. Proqramı uğurla başa vuran iştirakçıların sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunacaq. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov