Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

BDU-nun rektoru yüksək ada layiq görüldü

 

Böyütmək üçün seçinSankt-Peterburq Dövlət İqtisad Universitetində 150-dək üzvü olan Avrasiya Universitetlər Assosiasiyasının (AUA) XIII qurultayı keçirilib.

Qurultayda AUA-nın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçinin "Avrasiya Universitetləri Assosiasiyasının müasir mərhələdə fəaliyyəti və inkişaf proqramı haqqında" məruzəsi dinlənilib.

100-dən çox universitet rektorunun qatıldığı qurultayın işində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. BDU-nun rektoru plenar iclasda "Avrasiya Universitetləri Assosiasiyası çərçivəsində inteqrasiya proseslərinin yeni üfüqləri" adlı məruzə ilə çıxış edib.

Qurultayda təşkilati məsələlər müzakirə edilib və akademik V.A.Sadovniçi yenidən Avrasiya Universitetlər Assosiasiyasının prezidenti, akademik Abel Məhərrəmov isə vitse-prezidenti seçilib.

Qurultayda BDU-nun rektoruna M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Elmi Şurasının qərarı ilə "Fundamental və tətbiqi elmlərin inkişafında böyük xidmətlərinə və Moskva Dövlət Universiteti ilə çoxillik səmərəli fəaliyyətinə görə" MDU-nun fəxri professoru adı, diplomu və medalı təqdim olunub.

Qeyd edək ki, BDU-nun rektoru indiyədək Türkiyə, Rumıniya, Qazaxıstan, Ukrayna, Albaniya, Çin Xalq Respublikası, Yaponiya, Gürcüstan və digər ölkələrin universitetləri və akademiyaları tərəfindən fəxri doktor və professor adına layiq görülüb. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov