Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

SABAH qruplarında təhsil alanlar üçün müsabiqəyə start verilib

 

Böyütmək üçün seçinTəhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər üçün həvəskar videoçarx müsabiqəsinə start verilib.

"SABAH LIVE" adlanan müsabiqə həvəskar videoçarxlar vasitəsilə "Bakı 2015" 1-ci Avropa Oyunları ərəfəsində "SABAH-ın könüllüsü"nün fəaliyyətinin və könüllülərinin yaradıcılığının nümayiş olunması məqsədi ilə təşkil olunur.

SABAH qruplarının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsilə reallaşdırılacaq müsabiqənin qalibi 2 mərhələli seçimlərlə müəyyən olunacaq. Birinci mərhələdə könüllülər tərəfindən hazırlanmış "SABAH-ın könüllüsü"nün "Bakı 2015" 1-ci Avropa Oyunlarına dəstəyini ifadə edən videoçarxlar rəsmi səhifədə yerləşdiriləcək. Münsiflər heyəti ən çox bəyənilən və izlənilən videoçarxlar arasından qalibi müəyyənləşdirəcək.

Müsabiqədə SABAH qruplarının fəaliyyət göstərdiyi 7 ali təhsil müəssisəsinin tələbəsi olan və "SABAH-ın könüllüsü" proqramında qeydiyyatdan keçmiş bütün könüllülər iştirak edə bilər. Müsabiqənin qalibləri "Bakı 2015" 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet əldə edəcək və qiymətli hədiyyə ilə mükafatlandırılacaq.

Müsabiqəyə qoşulmaq üçün aprelin 22-dək mövzuya uyğun hazırlanmış videoçarxı onlayn köçürmə (nümunə: wetransfer.com transfer) platformaları və ya yükləmə platformaları (nümunə: boxca.az, rapidhsare.com) vasitəsi ilə [email protected] elektron ünvanına "Sabah Live" başlığı altında müəllifin adı, soyadı, təhsil aldığı müəssisə, ixtisası və qrupu qeyd olunmaqla göndərmək lazımdır. Videoçarxlar, həmçinin elektron informasiya daşıyıcılarında (flaşkart, disk və ya harddiskə yazılmış halda) Gənclər Evinə (Ünvanı: Bakı şəhəri, Süleyman Rüstəm küç. 15 H) təqdim oluna bilər.

Müsabiqə və onun şərtləri haqqında ətraflı məlumatı SABAH qruplarının rəsmi Facebook səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az), həmçinin [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.

"SABAH-ın könüllüsü" proqramı SABAH qruplarının tələbələrinin, akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərir.

SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədi ilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov