Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

NDU-da fakültələrarası onlayn bağlantı təşkil olunub

 

 Naxçıvan Dövlət Universitetində tarix, filologiya və beynəlxalq münasibətlər fakültələri arasında onlayn bağlantı təşkil olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun da iştirak etdiyi onlayn bağlantıya, ingilis dili və jurnalistika ixtisasında təhsil alan tələbələr, həmçinin koreyalı və gürcü  tələbələr də qatılıblar.

Onlayn bağlantının sonunda çıxış edən universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, elmin inkişafına, gənclərin hərtərəfli təhsil almasına səbəb olub. Universitetdə onlayn bağlantıların keçirilməsinin də bu baxımdan vacibliyini nəzərə çatdıran natiq, bu cür tədbirlərin universitetdə davamlı təşkil olunacağını vurğulayıb. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov