Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Bakı Ali Neft Məktəbi ISO beynəlxalq sertifikatına sahib oldu

 

Böyütmək üçün seçinBakı Ali Neft Məktəbi Türk Standartları İnstitutunun (TSİ)  auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsi olaraq  ISO-nun üç istiqaməti üzrə - ISO 9001 "Keyfiyyət idarəetmə Sistemi", ISO 14001 "Ekologiya idarəetmə sistemi", OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi" beynəlxalq sertifikatlarına sahib oldu. Aprelin 16-da keçirilən sertifikatların təqdimetmə mərasimində ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Türkiyə Standartları İnstitutunun Baş katibinin müavini  Coşqun Şəntürk, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər. 

İclası açan BANM-in rektoru Elmar Qasımov deyib ki, Bakı Ali Neft Məktəbinin əsas missiyası milli qanunvericiliyə uyğun olaraq, vətənpərvərlik və dövlətçilik prinsiplərinə əsaslanaraq, dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirməkdir. O bildirib ki, BANM-da sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlər görülməkdədir. Rektor qiymətləndirmə zamanı BANM-in strukturları ilə əməkdaşlığa və keyfiyyətin təminatı işinin səmərəsinin artırılmasına verdikləri töhfəyə görə TSİ-nin təmsilçilərinə təşəkkürünü bildirib.

Tədbirdə ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper, Türk Standartları İnstitutunun (TSİ) Baş katibinin müavini  Coşqun Şəntürk  çıxış ediblər.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev təhsil naziri Mikayıl Cabbarovun salamını tədbir iştirakçılarına çatdırıb. Yaqub Piriyev çıxışında əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması istiqamətində BANM-in öncüllərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu standartlara sahib olmaq gələcəkdə BANM-in məzunlarının iş imkanlarını daha da asanlaşdıracaq.

Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçisi Səlim Çələbi Bakı Ali Neft Məktəbinin bütün istiqamətlər üzrə fəaliyyətini yüksək qiymətləndirərək ali məktəbdə olan idarəetmə sisteminin, tədris prosesinin təşkilinin müasir tələblərə və standartlara uyğun olduğunu xüsusi olaraq qeyd edib.

Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartların üç istiqaməti üzrə uyğunluq sertifikatlarının təqdimetmə mərasimi baş tutub.

Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, ISO-nun üç istiqaməti üzrə beynəlxalq sertifikatlara sahib oldu. Bu sertifikatlar ali məktəbin müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək.  

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov