Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Azərbaycanlı tələbə Moskvada "Ən uğurlu təqdimatçı" seçilib

 

Aprelin 13-14-də Rusiya Federasiyası (RF) hökuməti yanında Maliyyə Universitetində "Davamlı energetika və yaşıl maliyyə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.  Ümumrusiya Azərbaycan Konqresinin və  RF Maliyyə Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Dövlət Neft Akademiyasını Qaz-neft mədən fakültəsinin III kurs tələbəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədrinin müşaviri Nurxan Babayev təmsil edib.  N.Babayev konfransa elmi işini təqdim edib. Rusiyanın elm və təhsil ictimaiyyəti azərbaycanlı tələbinin çıxışını müsbət qarşılayıb. Alimlərin rəyinə əsasən, Nurxan Babayev müxtəlif ölkələrin 50-yə yaxın tələbə və gənc alimləri arasından seçilərək "Ən uğurlu təqdimatçı" hesab edilib və eyni adda diplomla təltif olunub. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov