Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Alman dilində tamaşa

 

 Gəncə Dövlət Universitetinin alman dili kafedrasının Almaniyanın ali məktəbləri ilə əlaqəsi getdikcə  möhkəmlənir. Kafedranın Almaniya səfirliyi ilə birgə keçirdiyi  tədbirlər bu işdə xüsusi rol oynayır.  Aprelin 8-də  alman dili müəllimliyi ixtisasının tələbələri ilə birlikdə universitetin II korpusunun iclas zalında növbəti tədbir keçirilib. Tədbirin əsas təşkilatçısı  Tbilisidə yerləsən Höte Universitetinin eksperti Stefan Yohann Şatzdır. Tez-tez Azərbaycan universitetlərində, o cümlədən Gəncə Dövlət Universitetində alman dilinin tədrisi ilə bağlı  alman dili müəllimləri və tələbələrlə görüşən mütəxəssis onlara məsləhətlər verir, tədbirlərin həyata keçirilməsində fəallıq göstərir.

Bu dəfə Almaniya səfirliyinin dəstəyi ilə məşhur "Rosi və mətbəx monstrı" adlı kukla teatrının aktyorları Olaf və Hannes Möller Hanoverdən universitetimizin qonağı olub. Onlar tamaşa göstərməzdən əvvəl şəhərimizin gözəlliyindən, insanların mehribanlığından ürəkdolusu danışıb, səmimi qarşılandıqları üçün universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bundan sonra alman dili kafedrasının fəaliyyəti haqqında slaydlarla təqdimat keçirilib.

Alman dilində göstərilən tamaşa tələbə və müəllimlərə  xoş təəssürat bağışlayıb. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov