Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Məktəbdə şairlə görüş

 

Böyütmək üçün seçinBakıdakı 204  nömrəli tam orta məktəbdə tanınmış şair Vahid Əzizlə  görüş keçirilib.  Tədbiri  məktəbin direktoru Ziba Rzayeva açaraq dəvəti qəbul edib gəldiyinə görə  şair Vahid Əzizə  kollektiv adından minnətdarlığını bildirib.

Tədbirin aparıcıları Vahid Əzizin  həyat və yaradıcılığı haqqında məlumat veriblər. Qeyd ediblər ki, hələ telləri gümüşlənməmiş,  gəncliyinin dəliqanlı çağlarında Rəsul Rza onun haqqında demişdir: "Vahidin şeirləri qibtə oyada biləcək qədər poetikdir".

Şagirdlər  Vahid Əzizin  şeirlərinə bəstələnən mahnıları məharətlə ifa ediblər. Onlar  şairin şeirlərini söyləyərək ona olan məhəbbətlərini, sevgilərini dilə gətiriblər. Yuxarı sinif şagirdləri Vahid Əzizin lirik əsərlərindən parçalar nümayiş etdiriblər, şeirləri ifa ediblər.

Sonda  şair Vahid Əziz  tədbirə görə məktəb kollektivinə təşəkkürünü bildirib. Tədbir iştirakçılarının arzusu ilə qələmə aldığı şeirlərindən bir neçəsini səsləndirib. Şagirdlərə gözəl çıxışlarına görə çox sağ olun deyən şair tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov