Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Azərbaycan Dövlət İqtisad Universitetində elektron kitabxananın təqdimatı keçirilib

 

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) elektron kitabxananın təqdimat mərasimi keçirilib. İnteraktiv formatda keçirilən tədbirdə sayt barəsində geniş məlumat verilib.  Library.asue.edu.az domainində qurulan elektron kitabxananın saytında 5 dildə 2573 adda kitab təsvir olunub.

Saytda elektron mühazirələr, video-dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər (EBSCO Host), qəzet və jurnalların veb səhifələrinə keçidlər, fənlər üzrə işçi tədris proqramları (syllabus) yerləşdirilib.

Saytın xidmətlər bölümündə tələbələrin istifadəsini optimallaşdıran 4 xidmət yaradılıb. Bunlar "Kitab istəmə", "Rəy bildirmə", "Kitabxana üzrə virtual tur", "Elektron kitabxanaçı" xidmətləridir.

Saytda həmçinin milli və xarici kitabxanaların icazə verilən bazalarına daxil olmaq üçün şərait yaradılıb. Xarici kitabxanalardan Rusiya, Almaniya, Fransa, Avstraliya və  Böyük Britaniyanın Milli Kitabxanasına, ABŞ-ın Konqres Kitabxanasına keçidlər yerləşdirilib. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov